Nazir əmr imzalayıb-Azərbaycanda immunlaşdırma həftəsinə start verildi

Aprelin 24-dən 30-dək Azərbaycanda immunlaşdırma həftəsi keçiriləcək

Aprelin 24-dən 30-dək Azərbaycanda immunlaşdırma həftəsi keçiriləcək.  "Olaylar" xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini, Səhiyyə Nazirliyinin İmmunlaşdırma Proqramının əlaqələndiricisi Afaq Əliyeva bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə İmmunlaşdırma həftəsi keçirilməsi haqqında əmr imzalayıb. Həmin əmrə əsasən, ölkəmizin bütün şəhər və rayonlarında tibb müəssisələrinin və Səhiyyə Nazirliyinin idarələrinin rəhbərlərinə aprelin 24-dən 30-dək İmmunlaşdırma həftəsinin təşkil edilməsi barədə tapşırıqlar verilib. İmmunlaşdırma həftəsi dövründə Milli Peyvəndlər (planlaşdırılan immunlaşdırma) Təqvimi əsasında Azərbaycanın bütün tibb müəssisələrində təmizləyici immunlaşdırma tədbirləri görüləcək, hər hansı səbəblər üzündən vaksinləşdirmə kursunu tam qəbul etməmiş və ya ümumiyyətlə peyvənd edilməmiş uşaqların vaksinləşdirilməsi həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31