Daha bir yolda hərəkət məhdudlaşdırılır

Daha bir yolda hərəkət məhdudlaşdırılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospekti ,Sabunçu yol qovşağından Hava limanı və Mərdəkan qəsəbəsi istiqamətində bu gün saat 11:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq . Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31