Milli Hidrometeorologiya Departamentində treninq keçirildi
Milli Hidrometeorologiya Departamentində treninq keçirildi
24 Aprel 2019 17:29 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin (MHD) əməkdaşlarına Finlandiya Meteorologiya İnstitutunun (FMİ) mütəxəssisləri tərəfindən treninq keçirilib.
Olaylar.az xəbər verir ki, treninqin keçirilməsində məqsəd MHD-nin fəaliyyətinin təkmilləşdirilməsi, idarəçilik sisteminin optimallaşdırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsidir.
Treninqdə FMİ-nin ekspert xidmətinin direktoru Harri Pietarila
Departamentin struktur bölmələrinin mütəxəssislərinə Finlandiyada istifadə
olunan radar müşahidə sistemləri, proqnoz metodları, erkən xəbərdarlıq
sisteminin iş prinsipləri və müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrlə bağlı
geniş məlumat verib.
MHD-də FMİ-nin mütəxəssislərinin dəstəyi ilə kadr hazırlığı üzrə
fəaliyyətin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.