Qondarma erməni soyqırımını tanıyan dövlətlər – TAM SİYAHI

Qondarma erməni soyqırımını tanıyan dövlətlər

Uzun illərdir ermənilər bütün dünyada qondarma erməni soyqırımın tanıdılması istiqamətində təbliğat aparırlar. Heç bir tarixi araşdırmaya əsaslanmadığı halda "soyqırım" hadisəsi  artıq dünyanın bir-sıra dövlətləri tərəfindən rəsmi şəkildə tanınıbdır.
Məlumat üçün bildirək ki, "erməni soyqırımı" ifadəsi ötən əsrin 50-ci illərində  erməni kilsəsi tərəfindən ortaya atılıb və daha sonra erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.
Qondarma erməni soyqırımını rəsmi şəkildə tanıyan ilk dövlət Uruqvay olub. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli "Erməni soyqırımını anma günü" kimi tanıyıb.
Qondarma erməni soyqırımını tanıyan ölkələr bunlardı:
Uruqvay -  20 aprel 1965, 2004, 2005
Cənubi Kipr - 1982
Argentina  - 1993, 2003, 2004, 2005, 2006, 2007
Rusiya -  1995, 22 aprel 2005
Yunanıstan -  25 aprel 1996
Kanada - 1996, 2000 və ən son olaraq 21 aprel 2004
Livan - 1997, 11 may 2000
Belçika - 26 mart 1998
Vatikan - 2000
İtaliya - 17 noyabr 2000
Fransa - 18 yanvar 2001
İsveçrə -  16 dekabr 2003
Slovakiya - 30 noyabr 2004
Hollandiya - 21 dekabr 2004
Polşa - 19 aprel 2005
Almaniya - 1 iyun 2016
Venesuela - 14 iyul 2005
Litva - 15 dekabr 2005
Çili - 2007
Boliviya - 2014
Braziliya - 2015
Lüksemburq - 2015
Bolqarıstan -2015
Avstriya -  2015
Suriya - 2015
Bundan başqa  ABŞ-da "soyqırım"ı tanıyan ştatların sayı 30-dan çoxdur.  
"Erməni soyqırımı"nı tanıyan beynəlxalq təşkilatlar arasında Avropa Parlamenti də yer alır. Bu qurum "erməni soyqırımı"nı  1987-ci ildə tanıyıb.  /Yeniavaz.com/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31