Yeni baş direktor vəzifəsindən getdi
Yeni baş direktor vəzifəsindən getdi
24 Aprel 2019 14:50 SosialÜlvi Mirzəyev ixtisasca kardioloqdur
Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Ülvi Mirzəyev öz istəyi ilə vəzifəsindən gedib.
Ü.Mirzəyev bu vəzifəyə səhiyyə naziri Oqtay Şirəliyevin ötən il oktyabrın 1-də imzaladığı əmrlə təyin olunmuşdu.
Qeyd edək ki, Ülvi Mirzəyev ixtisasca kardioloqdur. O, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun rəhbəridir.
Baş direktorun istefası Mərkəzi Neftçilər Xəstəxanasında ilk belə hadisə deyil. Ülvi Mirzəyevdən əvvəlki baş direktor Hikmәt Hәsәnov da öz istəyi ilə işdən getmişdi.(medicina.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31