Bitkiçilik üzrə ekspert qrupunun iclası keçirilib
Aqrar Elm və İnnovasiya Mərkəzinin Gəncədə yerləşən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda bitkiçilik üzrə ekspert qrupunun növbəti iclası keçirilib.
24 Aprel 2019 12:45 SosialAqrar Elm və İnnovasiya Mərkəzinin Gəncədə yerləşən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda bitkiçilik üzrə ekspert qrupunun növbəti iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, iclasda bitkiçilik üzrə təxirəsalınmaz və uzunmüddətli risklərin idarə olunması strategiyası geniş müzakirə olunub.Tədbirdə elmi-tədqiqat institutunun əməkdaşları, tanınmış alimlər, istehsal müəssisəsi nümayəndələri və fermerlər iştirak edib.
Ekspert qrupunun rəhbəri Mehman İsmayılov bildirib ki, müzakirənin nəticələri Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti dövlət qurumlarına təqdim olunacaq. Müzakirənin sonunda bitkiçilik və meyvəçilik sahəsində mümkün risklər təhlil olunaraq rüblük və illik qabaqlayıcı məlumat bazalarının hazırlanması qərara alınıb.