"Olaylar" 24 yaşını qeyd edir
24 Aprel 2019 09:52 SosialBu gün Azərbaycan mətbuatında hər zaman öz izi, dəst-xətti olan "Olaylar" qəzetinin və eyniadlı informasiya agentliyinin 24 yaşı tamam olur.
1995-ci ilin bu günündə ilk dəfə agentlik və qəzet olaraq oxucuların diqqət mərkəzində idisə, indi artıq "Olaylar" həm də operativ fəaliyyət göstərən internet saytıdır.
"Olaylar" yarandığı gündən indiyədək ölkədə və dünyada baş verən siyasi, iqtisadi, mədəni hadisələri işıqlandıran, baş verən hadisələrə hər zaman obyektiv mövqe göstərən informasiya agentliyidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31