Azərbaycanda məktəbli qız dünyaya uşaq gətirdi
Azərbaycanda məktəbli qız dünyaya uşaq gətirdi
23 Aprel 2019 17:08 SosialSumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin şagirdinin uşaq dünyaya gətirdiyi iddia edilib.
Bu barədə "Ölkə.Az"ın redaksiyasına daxil olan məlumatda qeyd edilir ki, məktəblinin Sumqayıt şəhər 1 saylı doğum evində dünyaya gətirdiyi uşaq tələf olub.
İddialara aydınlıq gətirmək üçün 21 nömrəli məktəbin direktoru Vladim İbrahimovla əlaqə saxlanılıb.
Direktor belə bir hadisədən xəbərdar olmadığını bildirib.
1 saylı doğum evindən isə qeyd edilib ki, baş həkim Təranə Rəcəbli məşğul olduğu üçün sualları cavablandıra bilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31