"Standartlaşdırma haqqında" qanun yenilənir
"Standartlaşdırma haqqında" qanun yenilənir
23 Aprel 2019 14:37 SosialAzərbaycanda "Standartlaşdırma haqqında" yeni qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılıb."Olaylar"xəbər verir ki, yeni qanun layihəsi bu gün Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.Yeni qanun 5 fəsil və 26 maddədən ibarət olacaq. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.
Qeyd edək ki, qanun layihəsi ötən il müzakirəyə çıxarılsa da, sonradan təxirə salınmışdı.Qanun layihəsi bu gün müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31