Yükdaşıma şirkətləri üçün yeni tələblər müəyyənləşib
Milli Məclisin aprelin 23-də keçirilən plenar iclasında Mülki Məcəlləyə dəyişiklik müzakirəyə çıxarılıb
23 Aprel 2019 14:07 SosialMilli Məclisin aprelin 23-də keçirilən plenar iclasında Mülki Məcəlləyə dəyişiklik müzakirəyə çıxarılıb. "Olaylar"ın məlumatına görə, qanun layihəsinə yeni maddələr əlavə edilib. Əlavəyə əsasən, yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31