Deputatdan limit təklifi
Fazil Mustafa: “Təbii qaza tətbiq edilən limit 2 dəfə artırılsın”
23 Aprel 2019 12:49 SosialFazil Mustafa: "Təbii qaza tətbiq edilən limit 2 dəfə artırılsın"
Milli Məclisin deputatı Fazil Mustafa təbii qaza tətbiq edilən limitin (1 700 kub) iki dəfə artırılmasını təklif edib. "Olaylar" xəbər verir ki, o, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib: "Həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın. Ən azı 3 000 kub səviyyəsinə çatdırılmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31