Əzizov şöbənin adını dəyişdi, yeni müdir təyin etdi
Əzizov şöbənin adını dəyişdi, yeni müdir təyin etdi
23 Aprel 2019 11:44 SosialBakı Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə Rəşid Ağaqulu oğlu Ağayev Bakı Şəhər İcra Hakimiyyətinin Tikinti Məsələləri şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, bir neçə ay öncə BŞİH-nin başçısı Eldar Əzizovun əmrinə əsasən, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyid İsmayılov işdən çıxarılmışdı.
Əsаsli tikinti və təmir şöbəsinin adı isə dəyişdirilərək Tikinti məsələləri şöbəsi kimi qeyd edilib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31