Azərbaycanlı tələbələr Polşadan deportasiya olunub
Polşanın Krakov şəhərində təhsil alan azərbaycanlı tələbələr Əliyev Sənan və Şükürov Kitabulla ölkədən deportasiya olunublar.
22 Aprel 2019 18:18 SosialPolşanın Krakov şəhərində təhsil alan azərbaycanlı tələbələr Əliyev Sənan və Şükürov Kitabulla ölkədən deportasiya olunublar.
"Report"un Avropa bürosunun məlumatına görə, tələbələrin deport olunmasına səbəb davamiyyətlərində olan problem və intizamsızlıq olub.
Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, davamiyyətlərni nizamlamayan azərbaycanlı tələbələr oxuduqları universitetdən xaric edilib. Onların təhsil vizaları ləğv edilərək ölkədən çıxmaları tələb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31