Bölgələrdə Səyyar ASAN xidmət
Səyyar ASAN xidmət 28 mart - 26 aprel Qusar, Astara, Ağcabədi, İsmayıllı, Salyan, Balakəndə, 4 may Qazaxda, 22 aprel – 21 may Kürdəmir, Xırdalan və Beyləqanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
22 Aprel 2019 10:07 SosialSəyyar ASAN xidmət 28 mart - 26 aprel Qusar, Astara, Ağcabədi, İsmayıllı, Salyan, Balakəndə, 4 may Qazaxda, 22 aprel - 21 may Kürdəmir, Xırdalan və Beyləqanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Olaylar.az bildirir ki, Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.