Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir
19 Aprel 2019 16:46 SosialSərnişinlərin istək və təkliflərini nəzərə alaraq, aprelin 22-dən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb. Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31