FHN-dən qeyri-adi təhlükəsizlik tədbiri

FHN-dən qeyri-adi təhlükəsizlik tədbiri

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pəncərə şüşəsi asılı vəziyyətdə qalıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər pəncərə şüşəsini çıxarıb və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Əməliyyat başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31