Nazirlik Ağcabədidə vətəndaşları qəbul edib
Nazirlik Ağcabədidə vətəndaşları qəbul edib
19 Aprel 2019 13:40 SosialEkologiya və Təbii Sərvətlər naziri Ağcabədi şəhərində Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarının vətəndaşlarını qəbul edib.
Olaylar.az xəbər verir ki, qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31