Milli parklarda "açıq qapı" günü keçiriləcək

Milli parklarda "açıq qapı" günü keçiriləcək

"Milli Parkların marşı" günü ilə əlaqədar 20-21 aprel tarixlərində Azərbaycanın milli parklarında "açıq qapı" günü keçiriləcək.

Olaylar.az xəbər verir ki, ziyarətçilər Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Qızılağac, Zəngəzur milli parklarına giriş haqqından azad ediləcək.

Qeyd edək ki, milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal,

cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini

əhatə edir.

Xatırladaq ki, Azərbaycanda 10 milli park var. Bunlar Abşeron Milli Parkı, Altıağac Milli Parkı, Şahdağ Milli Parkı, Samur-Yalama Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Ağgöl Milli Parkı, Göygöl Milli Parkı, Qızılağac Milli Parkı və Zəngəzur Milli Parkıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31