Deputatlarımız Ukraynadakı seçkiləri izləyəcəklər
Deputatlarımız Ukraynadakı seçkiləri izləyəcəklər
18 Aprel 2019 15:47 SosialMilli Məclisin deputatları Naqif Həmzəyev və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərinin 2-ci mərhələsini izləmək üçün aprelin 19-da Kiyev şəhərinə səfərə gedəcəklər."Olaylar" MM-ə istinadən xəbər verir ki, Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə MM-in xətti ilə prosesi müşahidə edəcək. Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər. Səfər aprelin 22-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31