"Forbes" ən zəngin rus biznesmenin adını açıqlayıb
"Forbes" ən zəngin rus biznesmenin adını açıqlayıb
18 Aprel 2019 14:11 Sosial"Forbes" jurnalının rusdilli versiyası 200 ən zəngin Rusiya biznesmeni reytinqini dərc edib.
Olaylar.az bildirir ki, siyahının ilk pilləsində 24 milyard dollarla "Novateka"nın idarə heyətinin sədri 63 yaşlı Leonid Mixelson qərarlaşıb.
Onu 21,3 milyard dollarla NLMK-nın əsas səhmdarı Vladimir Lisin izləyib.
Üçüncü pillədə 20,7 milyard dollarla azərbaycanlı milyarder, "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31