Pambıq lifi və ipliyinin ixracı artıb

Pambıq lifi və ipliyinin ixracı artıb

Cari ilin üç ayında Azərbaycandan 25 min 947 ton pambıq lifi və 2 min 689 ton pambıq ipliyi ixrac olunub. "Olaylar" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Yanvar-mart aylarında ixrac edilən pambıq lifinin dəyəri 37 milyon 523 min, pambıq ipliyinin dəyəri isə 6 milyon 446 ABŞ dolları olub. Ötən ilin eyni dövründə ölkədən 13 milyon 544 min dollarlıq 8 min 677 ton pambıq lifi, 4 milyon 812 min dollarlıq 1975 ton pambıq ipliyi ixrac edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31