Dinləyicilər üçün atış üzrə təlim keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün təlim keçirilib
18 Aprel 2019 11:16 SosialDövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün təşkil olunan növbəti xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri tədris planına və proqramına uyğun olaraq, Daxili İşlər Nazirliyinin atış poliqonunda birinci təlim atış çalışmalarını yerinə yetiriblər. Akademiyadan "Olaylar"a verilən məlumata görə, sözügedən təhsil ocağının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov və akademiya heyətinin üzvləri təlimdə iştirak ediblər.Təlimdə dinləyicilər təhlükəsizlik qaydaları, atışın şərtləri və digər təlimatlarla tanış ediliblər.Dinləyicilər 9MM Makarov tipli tapançadan atış qaydalarını məşq ediblər və praktiki atış çalışmalarını yerinə yetiriblər.