Sumqayıtda olay: Kürəkən qayınanasını döydü

Kürəkən və qaynana arasında düşən mübahisə sonuncunun döyülməsi ilə nəticələnib.

Sumqayıtda gecə saatlarında döyülmə hadisəsi baş verib. 

Hadisə şəhərin 5-ci mikrorayonunda mənzillərin birində qeydə alınıb.

Kürəkən və qaynana arasında düşən mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. Belə ki, kürəkəni 1959-cu il təvəllüdlü Natavan Mirzəyevaya üz nahiyəsindən zərbələr endirib.

Xəsarət alan yaşlı qadın xəstəxanaya aparılıb və ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

onn

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31