Portuqaliyanın Madeyra adasında turistləri daşıyan avtobus qəzaya uğrayıb.
"RİA-Novosti" xəbər verir ki, hadisə nəticəsində 28 nəfər ölüb.
Ölənlərin hamısının Almaniyadan gələn turistlər olduğu bildirilir. Portuqal olan sürücü və bələdçi ağır travmalarla xəstəxanaya yerləşdirilib.