Miqrasiya Xidməti təlimlərə başladı
Miqrasiya Xidməti təlimlərə başladı
17 Aprel 2019 15:13 SosialŞəki Regional Miqrasiya İdarəsində "Miqrasiya könüllüsü - sən fərqlisən" layihəsi çərçivəsində könüllülərlə ilk təlimə start verilib. "OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, ümumi tanışlıq xarakteri daşıyan təlimdə 19 gənc iştirak edib.
İlk təlim günündəgənclərə Xidmətinin əsas fəaliyyət istiqamətləri haqqında, həmçinin "Miqrasiya Könüllüsü- Sən fərqlisən!" layihəsinin məqsədi, perspektivləri və qarşıda olan hədəfləri barədə məlumat verilib. Tədbir iştirakçıları Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüsü komandasının üzvü olaraq təcrübə əldə edəcəkləri, əcnəbi vətəndaşlarla ünsiyyətdə olacaqları, miqrasiya proseslərini yaxından izləyəcəkləri və yeni dostlar qazanacaqları barədə məlumatlandırılıblar. Həftədə 2 dəfə nəzərdə tutulan təlim proqramıında müxtəlif mövzular tədris olunacaq. Həmçinin gənclər Şəki regional miqrasiya idarəsində praktik məşğələlərə, müxtəlif tədbirlərə cəlb olunacaq, xidmətin fəaliyyətində könüllü şəkildə iştirak edəcəklər.