Ramiz Rzayev: “Jurnalistləin açıq məhkəmə prosesinə buraxılmaması düzgün deyil”
Ramiz Rzayev: “Jurnalistləin açıq məhkəmə prosesinə buraxılmaması düzgün deyil”
17 Aprel 2019 13:57 Sosial"Açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq və onların məhkəmə zalına buraxılmaması düzgün deyil"."Olaylar"ın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında deyib. R.Rzayevin sözlərinə görə, istənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər: "Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclası var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclaslardır. Qalan bütün hallarda məhkəmələr hər bir vətəndaş, o cümlədən vəzifə borcunu yerinə yetirən jurnalistlər üçün açıq olmalıdır". Qeyd edək ki, bir sıra hallarda jurnalistlər ayrı-ayrı məhkəmələrdə keçirilən proseslərə buraxılmırlar ki, bu da ciddi etirazlara səbəb olur.