6 mindən çox məhkumun cəzası yüngülləşdirilib

6 mindən çox məhkumun cəzası yüngülləşdirilib

Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə Azərbaycanda cəzaların humanistləşdirilməsi, Cinayət Məcəlləsinə 300-dən çox dəyişiklik məhkəmələr tərəfindən 6 mindən çox məhkum barəsində tətbiq edilib."Olaylar"in məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.R.Rzayev bildirib ki, onlardan 1700-dən çox məhkum cəzadan tamamilə azad edilib, 2500-dən çox məhkumun cəza müddəti azaldılıb.Onun sözlərinə görə, bundan başqa, 390-dan çox məhkumun cəzaçəkmə müəssisənin növü dəyişdirilərək yüngülləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31