Nazir Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri  Azad Rəhimov aprelin 18-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri  Azad Rəhimov aprelin 18-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Gənclər  Evində  (Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, Heydər  Əliyev  parkının  ərazisi, RİH ilə üzbə üz ) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31