Qlobal Ekologiya Fondunun İşçi Qrupunun görüşü keçirilir

Qlobal Ekologiya Fondunun (QEF) İsveçrə, Azərbaycan və Mərkəzi

Asiya ölkələrini birləşdirən İşçi Qrupunun 19-cu görüşü keçirilir. 

Olaylar.az xəbər verir ki, 16-18 aprel 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən görüşün

məqsədi 2019-2022-ci illər üzrə həyata keçiriləcək fəaliyyətlər, əldə olunan

təcrübələr, davamlı inkişaf məqsədlərinə nail olunmasında QEF-in rolu və

Fondun növbəti Şurasının gündəliyinə daxil ediləcək məsələlərlə bağlı

müzakirələrin aparılmasıdır.   

Tədbirdə Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və Ərzaq və Kənd

Təsərrüfatı Təşkilatı, Qafqaz üzrə Regional Ekoloji Mərkəzin Azərbaycan

ofisi və digər təşkilatların nümayəndələri iştirak edir.  

Qeyd edək ki, görüş çərçivəsində Qızılağac Milli Parkına səfər təşkil

olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31