Azərbaycanlılarla çeçenlər arasında daha bir kütləvi dava
Almaniyanın paytaxt Berlində azərbaycanlılar ilə çeçenlər arasında kütləvi dava olub.
16 Aprel 2019 17:22 SosialAlmaniyanın paytaxt Berlində azərbaycanlılar ilə çeçenlər arasında kütləvi dava olub.
Şəhərin mərkəzi Kurfürstendamm (Kudam) küçəsində "Brasil" restoranında başlayan mübahisə sonda şəhər ətrafında əlbəyaxa dava ilə nəticələnib.
Dava nəticəsində 6-7 nəfər xəsarət alıb ki, bunlardan 4-ü azərbaycanlılardır. Polisdən yayınmaq üçün xəsarət alanlar Almaniyadan çıxarılıb.
Kütləvi davanın biznes mübahisəsi zəmnində baş verdiyi bildirilir.
Xatırladaq ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31