Aydın Mirzəzadə: “Mədəniyyəti varvarlıq və etinasızlıq məhv edir”
Aydın Mirzəzadə: “Mədəniyyəti varvarlıq və etinasızlıq məhv edir”
16 Aprel 2019 15:31 Sosial"Parisdə XII əsrə aid Notre Dam kilsəsində baş verən dəhşətli yanğından çox mütəəssir oldum.850 yaşı olan kilsə tək fransız xalqının deyil, ümumilikdə bəşəriyyətin çox qiymətli bir sərvəti idi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, ilk dəfə onu 20 il əvvəl görüv və möhtşəmliyinə heyran olub: "Əsas heyranlığım isə onun müxtəlif hökmdarlar dövründə daha da əzəmətli edilməsi üçün böyük işlərin görülməsi idi. Təəssüf ki, onu qoruya bilmədilər.Bu gün bütün dünya fransız xalqının bu ağır dərdinə şərik olur.Dünya yaddan çıxarmasın ki, Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında da dünya mədəniyyətinin inciləri olan minlərlə abidələr var.Çox təəssüflər ki, Fransa cəmiyyətinin bir hissəsi işğala və Ermənistan tərəfindən mədəniyyət abidələrimizin dağıdılmasına biganə qaldı, bəzi hallarda isə işğalçıları müdafiə etdi. Mədəniyyəti isə varvarlıq və etinasızlıq məhv edir".