İstifadəyə yararsız 150 kiloqram ət aşkar edilib

İstifadəyə yararsız 150 kiloqram ət aşkar edilib

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. DİN-dən "Olaylar"a verilən məlumata görə, növbəti belə tədbir aprelin 15-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Tovuz rayonu  ərazisində keçirilib. Qazqulu kəndi ərazisində Şəmkir rayon sakini T.Əliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobilə baxış zamanı N.Əliyevə məxsus, istifadəyə yararsız halda olan 150 kiloqram çəkidə mal əti aşkar edilərək götürülmüşdür.Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilmişdir. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31