“Qeyri-etik ifadələr işlədən müğənniləri efirə çağırmaq düzgün deyil” MTRŞ - RƏSMİ
16 Aprel 2019 14:25 Sosial"Müğənni Rüfət Axundov Xəzər TV-də yayımlanan "Hər şey daxil " proqramından Milli Televiziya və Radio Şurasinın göstərişi ilə qovulmayıb".
Bunu News24.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Acəf Hacıyev deyib. O, bildirib ki, MTRŞ-nin belə qərarlar vermir və ixtiyarı yoxdur: "Biz sadəcə telekanallara tövsiyə etmişik ki, qeyri-etik ifadələr işlədən şəxsləri, eləcə də müğənniləri efirə çağırmasınlar".
Qeyd edək ki, bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" proqramında qonaq olan Rüfət Axundovun efirdən qovulması barədə xəbərlər yayılıb və bunun Milli Televiziya və Radio Şurasının (MTRŞ) göstərişi ilə edildiyi qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31