Neftçalada ŞOK: toy günündə evi yandı
12 Aprel 2019 05:49 SosialNeftçala rayonunda yanğın hadisəsi baş verib.
Hadisə Qaçaqkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Rahim Muradova məxsus ev qəfildən yanmağa başlayıb. Ailənin qızının toy mərasimi olduğundan hadisə zaman evdə heç kim olmayıb.
Yanğın kənd sakinlərinin və FHN-nin yerli şöbəsinin əməkdaşlarının köməyi ilə söndürülüb, alovun yarımtikiliyə və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31