Ağac kəsən şəxs cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Çiləgir kəndi ərazisində köküstə yaş müxtəlif cinsli 9 ağacın kəsildiyi aşkar edilib.
11 Aprel 2019 17:30 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Çiləgir kəndi ərazisində köküstə yaş müxtəlif cinsli 9 ağacın kəsildiyi aşkar edilib.
Olaylar.az xəbər verir ki, araşdırma zamanı ağacların sözügedən kənd sakini Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub.
Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2950 manat məbləğində cərimə tətbiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31