"Elinanın ahı yerdə qalmayacaq" - Əməkdar artist

"14 yaşlı qızcığaz intihar edir özünü neçənci mərtəbədən aşağı artır. Məlum şəxslər təcili yardım çağırmaq əvəzinə otaqlarına aparıb qızdan özlərini sığortalamaq üçün izahat alıb telefona çəkirlər".

BiG.AZ xəbər verir ki, bu sözləri əməkdar artist Mühriban Xanlarova sosial şəbəkə hesabında Elinanın intiharı ilə bağlı yazıb.

"Bu hansı dərəcədə düzgündür!? Bu yetməzmiz kimin, özlərinə haqq qazandırmaq üçün sosial şəbəkələrdə səhifə adminlərinə başqa insanların xoşagəlməz halda şəkillərini verib, Elinanın adından yayırlar! Qızı qaralmağa çalışırlar. Tüpürüm sizin vicdanınıza! Elinanın ölümündə günahkar olan kimlər varsa öz cəzalarını layiqincə alacaqlar! Elinan ahı, anasının göz yaşları yerdə qalmayacaq. Cənab Prezidentimiz bu məsələnin araşdırılması üçün tapşırıq verib. inşallah haqq- ədalət öz yerini tapacaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31