Çay sevənlər bu xəbəri oxusun

Əksəriyyətimiz yay-qış demədən çay içməyi çox sevirik. İncəbelli armudu stəkanda pürrəngi çay... Hətta bu sözlər belə çoxumuzun əhval-ruhiyyəsinə müsbət təsir edir.

Məşhur mahnıda da deyildiyi kimi, çay min bir dərdin dərmanıdır. Lakin bu qədimi içkinin də günlük limiti vardır.

Axşam.az xarici KiV-ə istinadən xəbər verir ki, çayın tərkibi kafeinlə zəngindir. Bir ortayaşlı insanın günluk kafein qəbulunun miqdarı 300-400 mq. arası olmalıdır. Başqa sözlə ifadə etsək, gündəlik 6 fincandan artıq çay içmək zərərlidir. Belə ki, həddən artıq kafein, yuxusuzluğa, ürək döyüntülərinin artmasına səbəb ola bilər. Ürək-damar sistemi xəstəliyi olan insanlar bu limitin üstünə çıxmamağa diqqət etməlidirlər. Körpə uşaqlar isə ümümiyyətlə çaydan uzaq tutulmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31