Ombudsman Avropa Şurasının nümayəndələrini qəbul edib
Elmira Süleymanova Anka Sandesku və Menno Ettemanı qəbul edib.
9 Aprel 2019 15:57 SosialAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurası və Avropa İttifaqının Yaxşı idarəçilik üzrə Tərəfdaşlıq birgə proqramı çərçivəsində "Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi" adlı regional layihənin əlaqələndiriciləri Anka Sandesku və Menno Ettemanı qəbul edib. "Olaylar" xəbər verir ki, görüşün məqsədi sözügedən layihənin təqdimatı və Azərbaycan Ombudsmanın bu layihədə əsas tərəfdaş qismində iştirakı məsələsinin müzakirə edilməsindən ibarət olmuşdur. Müvəkkil Omubdsman təsisatının yaradılması, mandatı, qlobal və regional beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və Avropa İttifaqı ilə qurulan sıx əməkdaşlıq əlaqələri, ötən dövrlərdə Şərq Tərəfdaşlığı, TAIEX və Tvinninq layihələrində fəal iştirakı, bu layihələrin xüsusiyyətləri və müsbət nəticələri barədə ətraflı məlumat vermişdir.