Palatanın aşkar etdiyi nöqsanlar niyə aradan qaldırılmır?
9 Aprel 2019 15:16 Sosial"Hesablama Palatasının həyata keçirdiyi tədbirlər nəticəsində xeyli sayda nöqsan araşdırılıb. Həmin nöqsanların bir hissəsi yerinə yetirilir, amma təkrarən illər boyu nöqsanların heç bir hissəsinə fikir verilmir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Palatanın ötənilki fəaliyyəti hesabatı ilə müzakirələrdə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib. Deputat əlavə edib ki, həmin qurumlar cavab versin ki, illər boyu ortaya qoyulan həmin nöqsanların aradan qaldırılmasından ötrü niyə heç bir iş görmürlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31