Sərnişin məktəbli qızın ayaqlarına toxundu, sürücü avtobusu bölməyə sürdü - VİDEO - FOTO

Çinin Yibin şəhərində avtobusda orta yaşlı kişi məktəbli qıza qarşı əxlaqsız hərəkət edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, qızın qışqırığını eşidən sərnişinlər onun ayaqlarına toxunan sərnişini tutub, avtobusdan düşməyə qoymayıblar.

Sürücü isə avtobusu birbaşa polis idarəsinə sürüb. Həmin anlar avtobusun kamerasına düşüb.

Yerli mətbuatda qeyd olunan məlumata görə əxlaqsızlıq edən kişi 5 günlük həbs cəzası alıb.

Sərnişin məktəbli qızın ayaqlarına toxundu, sürücü avtobusu bölməyə sürdü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31