Uşaq mahnıları niyə bəstələnmir

yunun 6-da "ELS" Müstəqil Araşdırmalar Mərkəzi  "Uşaq mahnıları:dünəni,bu günü, sabahı" mövzusunda dəyirmi masa keçirəcək.  "Olaylar"ın verdiyi məlumata görə, tədbirdə gənc nəslin mədəni-mənəvi və əxlaqi cəhətdən formalaşmasında vacib rol oynayan milli uşaq mahnıları ilə bağlı mövcud vəziyyətin manitorinqi təqdim olunacaq. Tədbirdə həmçinin AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "ELS"-in yaratdığı Uşaq İnternet Portalında ötən müddət ərzində görülən işlər, portalın rus, ingilis versiyalarının təqdimatı, layihə çərçivəsində bəstəkar, uşaq mahnılarının yaradıcısı Ağabacı Rzayevanın 100 illik yubileyinin qeyd olunması ilə bağlı təkliflər paketi təqdim olunacaq. Bundan başqa tədbirdə - "Bu gün uşaqlar üçün Azərbaycanda olan mahnı biznesi sizləri qaneə edirmi", uşaq və gənclər üçün son illər bəstəkarların mahnı bəstələməməsi nə ilə bağlıdır, uşaq mahnılarına dövlət sifarişi niyə yoxdur" sualları ətrafında müzakirələr aparılacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31