1 221 paytaxt məktəblisi olimpiadanın növbəti mərhələsində
Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələrinə əsasən, 1 221 Bakı məktəblisi növbəti mərhələyə vəsiqə qazanıb. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olan məlumata görə, paytaxt məktəblilərindən Azərbaycan dili və ədəbiyyat fənni üzrə 334, riyaziyyat fənni üzrə 264, fizika fənni üzrə 90, kimya fənni üzrə 73, biologiya fənni üzrə 75, coğrafiya fənni üzrə 265 və tarix fənni üzrə 120 şagird növbəti mərhələyə keçib.
13 Fevral 2018 11:13 SosialRespublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələrinə əsasən, 1 221 Bakı məktəblisi növbəti mərhələyə vəsiqə qazanıb. "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olan məlumata görə, paytaxt məktəblilərindən Azərbaycan dili və ədəbiyyat fənni üzrə 334, riyaziyyat fənni üzrə 264, fizika fənni üzrə 90, kimya fənni üzrə 73, biologiya fənni üzrə 75, coğrafiya fənni üzrə 265 və tarix fənni üzrə 120 şagird növbəti mərhələyə keçib.
Respublika mərhələsinin yarımfinal turuna, şəhər mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət edilir. İnformatika fənni üzrə nəticələr 14 fevral 2018-ci il tarixinədək elan ediləcək. Olimpiadanın növbəti mərhələsinin aprel ayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, fevralın 4-də paytaxt üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib.