Tanınmış müğənni Vergilər Nazirliyini məhkəməyə verdi
13 Fevral 2018 10:13 SosialTanınmış müğənni Yaqub Zurufçu Vergilər Nazirliyi (VN) yanında Bakı şəhər Lokal Gəlirlər Departamentini məhkəməyə verib.
Report-un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Y.Zurufçu onunla bağlı sanksiya qərarının qismən ləğv edilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddia tələbini təmin edib. Qərardan narazı qalan Vergilər Nazirliyinin Departamenti apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.
Nazirliyin departamenti daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Şikayətə Ali Məhkəmədə baxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00