Cəfər Cabbarlının qızı vəfat etdi
13 Fevral 2018 10:09 SosialCəfər Cabbarlının qızı Gülarə Cabbarlı rəhmətə gedib.
Bu barədə Oxu.Az-a Cəfər Cabbarlının ev muzeyindən məlumat verilib.
Gülarə Cabbarlı bir neçə dəfə ürək çatışmazlığı ilə bağlı xəstəxanada müalicə alıb. Sonuncu dəfə isə soyuqlayıb və buna ürəyi tab gətirməyib. O, 11 fevral tarixində 88 yaşını qeyd edib. 12 fevral tarixində isə dünyasını dəyişib.
Xatırladaq ki, Gülarə Cabbarlı ilə vida mərasimi bu gün saat 14:30-da, Təzə Pir məscidində keçiriləcək.
Allah rəhmət eləsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00