İdman ayaqqabıları ilə bağlı yenilik - Bu xəbəri oxuyun!

 

Hər gün istifadə etdiyiniz ev əşyalarının son istifadə tarixinin olduğunu bilirdinizmi?

"A24.az" evə aldığınız bəzi əhəmiyyətli əşyaların son istifadə tarixini təqdim edir:

1 - Hamam lifləri

6 aydan sonra dəyişdirilməsi lazımdır. Lakin hamam liflərinin istifadə müddətini uzatmaq istəyirsinizsə, bu lifləri davamlı olaraq suda qaynadın. Üzərindəki bakteriyaları bu şəkildə öldürə bilərsiniz.

2 - Əmzik

Uşaqların doya bilmədiyi əmziklərin 2-5 həftə istifadə müddəti vardır. Əmziyin üzərində yarana bilən çatlarda mikroblar yığıla bilər. Ona görə də nə qədər istifadə edilməsinə və görüntüsünə baxmayaraq ən geci 5 həftədən bir dəyişdirilməlidir.

3 - Diş fırçası

3 aya qədər istifadə müddəti vardır. Diş fırçaları sadəcə köhnəldiyi zaman deyil, eyni zamanda qrip olandan sonra da dəyişdirilməlidir. Əks halda yenidən xəstə olmanız qaçılmazdır.

4 - İdman ayaqqabıları

1 ilə qədər istifadə müddəti vardır. 6 km qaçandan sonra idman ayaqqabıları sıradan çıxmağa başlayır. Bu isə oynaqlarımızın daha da yorulacağı mənasını verir.

5 - Yastıq

2-3 ildən sonra yastıqlarımız dəyişdirilməlidir. Yastıqlar evdə olan tozları üzərinə yığar, formaları dağıldığı üçün boyun ağrısına səbəb ola bilir.

6 - Əl-üz dəsmalı

1-3 il ərzində təzələnməlidir. Hətta bakteriya qaynağı olan dəsmalları yumaq da problemin həlli olmaya bilər.

7 - Büzqalter

Büzqalteriniz forma və quruluşunu itirdiyi, böyük və ya balaca olmağa başladığı zaman sizi narahat edirsə dərhal dəyişdirməlisiniz.

8 - Un

Evdə saxladığınızın unun 6-12 ay arasında istifadə edilməsi lazımdır. Əla keyfiyyətli un 1 ilə qədər istifadə edildiyi halda, keyfiyyətdə aşağı olan unlar isə 6 ay saxlanıla bilər.

9 - Evdə geyinilən ayaqqabılar

6 ay istifadə müddəti vardır. Göbələk xəstəliyinin yaranması üçün olduqca əlverişli olan ev ayaqqabıları mümkün olduqca tez-tez yuyulmalıdır.

10 - Ətir

Təbii yağ tərkibli ətirlər qapalı şəkildə saxlandığı zamanı 3 il, açıq qaldıqda 2 ilə qədər qala bilər.

11 - Saç darağı

Saçlarınızı daradığınız daraqları həftədə bir dəfə təmizləməli, ildə bir dəfə isə dəyişdirməlisiniz.

12 - Ədviyyatlar

1-3 ilə qədər istifadə müddəti vardır. Çünki saxlanılan ədviyyatlar vaxt keçdikcə dadını və qoxusunu itirir.

Yenicag.Az - www.yenicag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00