Bakıda 5 otaqlı ev yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinə (FHN) xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 370 m² olan mansard tipli ikimərtəbəli 5 otaqlı evin dam örtüyü, mansardı və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31