GUAM Ticarətə və Nəqletməyə Yardım Layihəsi ilə bağlı iclas keçirilib
16 İyun 2016 15:59 SosialMoldova Respublikasının Vadul-Luy-Vode şəhərində GUAM Ticarətə və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 24-cü iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyeviştirak ediblər. İclasda GUAM üzv dövlətlərinin sərhədlərini keçən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili haqqında bu dövlətlər arasında 8 iyul 2015-ci il tarixində imzalanmış protokolunhəyata keçirilməsi çərçivəsində "Məlumat mübadiləsi sistemi üzrə texniki təminat sənədi" layihəsinin razılaşdırlması üçün GUAM üzv dövlətlərinin gömrük orqanlarının informasiya texnologiyaları mütəxəssislərinin görüşünün nəticələri müzakirə olunub. Mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilinin texniki şərtlərinin razılaşması müsbət rəylərlə qarşılanıb və həmin protokolun tezliklə həyata keçirilməsi məqsədəmüvafiq hesab edilib. Sonda GUAM Ticarətə və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin növbəti iclasının bu ilin ikinci yarısında Ukraynada keçirilməsi qərara alınıb.