Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

İyunun 20-də "Jumeirah Bilgah Beach" otelində Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən verilən məılumata görə, 
nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, maliyyə, energetika, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur. Biznes forumda Azərbaycan və Rusiya arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, təqdimatlar və ikitərəfli görüşlər keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00