“Neft Daşları” yatağındakı yeni meydançadan qazılmış ilk quyu istismara verilib
16 İyun 2016 15:29 Sosial"Neft Daşları" yatağında yeni quraşdırılmış 1637A nömrəli estakadayanı meydançada ilk quyu qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılmış 2643 nömrəli quyu qazlift
üsulu ilə məhsul vermiş, 1677-1658 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00