Cəlilabadın daha bir kəndinə ilk dəfə təbii qaz verilib
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.
16 İyun 2016 15:27 Sosial"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, iyunun 16-da Cəlilabad rayonun Əliabad kəndinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar rayon icra hakimiyyəti və "Azəriqaz" İstehsalat Birliyi təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə bildirilib ki, 156 abonentlik kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 10503 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.